Niyamın işlətdiyi "My beach"lə bağlı daha bir şikayət - Foto

OXUNUB: 2365 ŞOU-BİZNES
Müğənni Niyam Salaminin işlətdiyi, Novxanıda yerləşən "My Beach" istirahət mərkəzində alınan yüksək hesabın fotosu sosial şəbəkədə paylaşılaraq, müzakirələrə səbəb olub. 

Restoranda ödənilən hesabla bağlı daha bir foto yayılıb. Bu dəfə isə müştəri 107 manat 50 qəpik xidməthaqqı tutulmasından şikayət edib. Belə ki, müştərinin sifariş etdikləri 430 manat edib. Bunun yanında ondan 107, 50 manat xidməthaqqı tələb olunub. Qəbzdə qeyd edilib ki, sifarişin ümumi məbləğindən 25 faiz xidməthaqqı tutulur. 

Müştəri hesabın yer aldığı qəbzi sosial şəbəkədə paylaşaraq, tənqid edib.

Qeyd edək ki, ötən gün də Niyam Salaminin işlətdiyi restoranla bağlı bənzər şikayət yayılmışdı. Restoran administratoru bu xidməthaqqına şou-proqramın da daxil edildiyini bildirib. /Axşam.az
 

RƏYLƏR