"O Səs Türkiyə"nin münsifləri Azərbaycan mahnısına heyran oldular – VİDEO

OXUNUB: 765 ŞOU-BİZNES

"O Səs Türkiyə" musiqi yarışının son buraxlışı maraqlı məqamlarla yadda qalıb.

Ceren Düzova adlı türkiyəli iştirakçı Azərbaycan mahnısı olan "Aman ayrılıq" mahnısını ifa edib.

Belə ki, Cerenin ifasını bəyənərək dönən münsiflərin (Murat Boz, Gökhan, Yıldız Tilbe, Hadise) ilk sözü bir ağızdan "Azərbaycandansan?" sualı olub. Cerenin "Xeyr, Türkiyədənəm" deməsi münsifləri çaşbaş salıb və təəccüblərini gizlədə bilməyiblər./milli

İcmal.Az

RƏYLƏR