“O veriliş AzTV-də yayımlanmayıb...” - Vüsalla bağlı açıqlama

OXUNUB: 652 ŞOU-BİZNES

Sosial şəbəkələrdə müzakirəyə səbəb olan verilişlə bağlı Müasir Azərbaycan Gəncliyi (MAG)  açıqlama verib.

MZ productionun rəhbəri Üzlüfət Qasımova "Qafqazinfo”ya açıqlamasında həmin kadrların AzTV-də yayımlanmadığını bildirib:

"O kadrlar AzTV-də getməyib. Sözügedən proqram çəkiləndən sonra biz Vüsal Rzasoyun mahnılarını dinləyəndən sonra qərara aldıq ki, bu AzTV-yə uyğun deyil. Bu səbəbdən həmin görüntünü efirdə yayımlamadıq, MAG-ın səhifəsində paylaşmaqla kifayətləndik. Həmin ifanı 20 gün əvvəl səhifədə yaymışıq.

Təəssüflər olsun ki, saytlar maraqlanmadan həmin kadrları efirdə getmiş kimi təqdim edib. Maraqlıdır ki, "MAG” 5 ildir efirdə olsa da, bu günə qədər heç belə müzakirəyə səbəb olmamışdı”. 

Üzlüfət Qasımova həmçinin qeyd edib ki, Vüsal çox istedadlı gəncdir:

"Onun çox peşəkar əcnəbi prodüseri var. Vüsal xarici ölkələrdə ifası ilə pul qazanır. Biz heç bir müğənnimizin belə prodüserini görməmişdik”.

 


İcmal.Az

RƏYLƏR