Obamanın fotoqrafı Trampın “nüvə düyməsi”nin sirrini açdı - Orada nə yazılıb? - FOTO

OXUNUB: 679 DÜNYA

ABŞ-ın sabiq prezidenti Barak Obamanın fotoqrafı Pete Souza Ağ Evin dəyirmi ofisindəki masada yer alan qırmızı düymənin fotosunu paylaşıb.

Fotoqrafın instaqram hesabından paylaşdığı görüntüdə qırmızı düymənin yer aldığı taxta panel diqqət çəkir. Paneldə "Çətin şeylərin həlli asan deyil” anlamına gələn "Hard things are hard” ifadəsi yazılıb.

Fotoqraf paylaşmının şərh bölməsində "Nə isə ki, qırmızı düymə bir nüvə müharibəsinin başlanğıcına yol açmayacaq, sadəcə prezidentin köməkçisini çağırmaq üçün istifadə ediləcək” sözlərini qeyd edib.

Qeyd edək ki, prezident Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın yeni il mesajındakı "nüvə düyməsi masamdadır” sözünə "mənimki daha böyük və daha güclüdür. Həm də işləyir” cavabını vermişdi./publika

İcmal.Az

RƏYLƏR