Oğrular polis bölməsini soydular

OXUNUB: 556 MARAQLI

Almaniyanın paytaxtı Berlində yerləşən bir polis bölməsi oğruların basqınına məruz qalıb.

Oğrular polislərə aid medal və broşları götürərək qaçıblar. Oğurlananlar arasında tarixi hərbi əşyalar, şərəf nişanları, rütbə gerbləri və dəbilqələr də olub.

Oğurluq barədə həmin bölmənin sosial şəbəkə hesabından açıqlama verilib. Açıqlamada oğruların pəncərənin təhlükəsizlik dəmirlərini kəsərək içəri keçdiyi bildirilib.

 

Faktla bağlı araşdırma aparılır. /publika.az

 

İcmal.Az

RƏYLƏR