Paşinyan Elton Conla selfisi ilə öyündü

OXUNUB: 511 DÜNYA

Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook” səhifəsində britaniyalı müğənni Elton Con və Ermənistanın prezidenti ilə birgə kollektiv selfi paylaşıb.

İcmal.Az xəbər verir ki, Paşinyan fotoya "Nahardan sonra selfi” şərhini yazıb.

 

Elton Con mayın 26-da Ermənistana bir xeyriyyə proqramı çərçivəsində səfər edib. Onu ölkənin prezidenti Armen Sarkisyan dəvət edib. Musiqiçi prezidentlə birlikdə sağlamlıq mərkəzlərini ziyarət edərək əlilliyi olan uşaqlara eşitmə cihazları verib.

Qeyd edək ki, 71 yaşlı Elton Con Yerevana əri David Ferniş ilə gedib.

İcmal.Az

RƏYLƏR