Ermənistan baş naziri Nikol Paşinyan yenidən xalqı meydanlara çıxmağa səsləyib.
O bu barədə özünün feysbuk səhifəsində məlumat verib. Paşinyan xalqı İrəvanda Respublika Meydanına toplaşmağa səsləyib:
"Artıq 100 gündür ki, mən Ermənistanın baş naziriyəm. Bu bizim uğurumuzun ilk mərhələsidir. Bununla əlaqədar olaraq, hər birinizi avqustun 17-si saat 18:30-da Respublika Meydanında gözləyəcəm. Böyük və önəmli tədbir olacaq. Bu, mitinqdə hər birinizin iştirakı vacibdir”./publika
İcmal.Az