Paşinyan Gürcüstana getdi: Tbilisinin gözləntiləri məlum oldu

OXUNUB: 601 DÜNYA

Ermənistanın yeni baş naziri Nikol Paşinyan ikigünlük səfərlə Gürcüstana gedib. 

İcmal.Az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, Paşinyan Tbilisiyə həyat yoldaşı ilə gəlib.

Tbilisi beynəlxalq aeroportunda erməni nümayəndə heyətini Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixail Canelidze qarşılayıb. 

"Səfər çərçivəsində biz ticarət və mədəni əlaqələrlə bağlı məsələləri müzakirə edəcəyik. Mən əminəm ki, bu səfər iki ölkə münasibətlərinə yeni töhfələr verəcək”, - Canelidze "Rustavi 2” telekanalına açıqlamasında deyib. 

Paşinyan gürcü həmkarı Georgi Kvirikaşvili ilə görüşmək üçün aeroportdan birbaşa Gürcüstan hökumət administrasiyasına gedib. Görüşdən sonra Paşinyan və Kvirikaşvili birgə bəyanat yayacaqlar. 

Bundan başqa, Ermənistan baş nazirinin Gürcüstan prezidenti Georgi Marqvelaşvili və parlament sədri İraklı Kobaxidze ilə görüşü nəzərdə tutulub. 

İcmal.Az

RƏYLƏR