Paşinyanın "güc"ü ORTAYA ÇIXDI – İnqilabın qiyməti 140 MİLYON İMİŞ

OXUNUB: 578 DÜNYA

Amerika Erməniləri Milli Komitəsi (ANKA) müxalifət lideri Nikol Paşinyanın baş nazir seçilməsindən dərhal sonra Vaşinqtondan kömək istəyib.

 ANKA ABŞ-ın dövlət katibi Maykl Pompeonu Ermənistana 140 milyon dollar qrantının verilməsinə kömək etməyə çağırıb.

"İndi hərəkət etməyin əsl vaxtıdır. "Minilliyin çağırışları" korporasiyası Ermənistanın demokratik inkişafında, ABŞ və Ermənistanın münasibətlərinin yeni fəslində mərkəzi rolu oynaya bilər. Biz sizi dərhal "Minilliyin çağırışları"nın yeni paketinin müzakirəsinə təşəbbüs etməyə çağırırıq", - ANKA-nın sədri Raffi Xamparyanın Pompeo adına göndərdiyi məktubda deyilir.

Məktubda qeyd edilir ki, qrant ölkənin dövlət məktəblərində elm, informasiya texnologiyaları, incəsənət və riyaziyyat sahəsində proqramların reallaşdırılmasına yönəldiləcək.

Ermənistan əvvəllər "Minilliyin çağırışları" korporasiyasının iştirakçısı sırasında idi. Lakin 2008-ci il mart qətliamından sonra ABŞ bu proqramın maliyyələşdirilməsini dayandırdı. Son illər ABŞ konqresmenləri aktiv şəkildə bu proqramı lobbiləşdirməyə çalışırlar. Konqresmen Adam Şiff və Erməni Milli Komitəsi (ANCA) proqramın bərpası istiqamətində fəallıq göstərirlər.

 

Bu ilin martında isə Ermənistan-ABŞ parlament dostluq qrupunun üzvləri Birləşmiş Ştatlarda səfərdə olublar. Nümayəndə heyəti ABŞ Konqresinin Ermənistan məsələləri üzrə komissiyasının nümayəndələri ilə görüşüb. Görüş zamanı "Minilliyin çağırışları" korporasiyası ilə Ermənistanla əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, müxalifət lideri, Ermənistanda etiraz aksiyalarının başçısı Nikol Paşinyan mayın 8-də Ermənistan parlamentində keçirilən səsvermə ilə baş nazi seçilib. Erməni diasporu aprelin 13-dən Serj Sarkisyan rejiminə qarşı keçirilən aksiyalarda müxalifəti dəstəkləyib. Rusiyada bir sıra ekspertlər və siyasilər bu fikirdədir ki, dinc hakimiyyət çevrilişi ABŞ, o cümlədən erməni diasporu tərəfindən dəstəklənib.

Paşinyan ölkə iqtisadiyyatını ayağa qaldıracağına söz verib. Və erməni diasporunun onun seçilməsindən dərhal sonra Amerika hakimiyyətinə pul üçün müraciət etməsi isə hakimiyyət çevrilişinin arxasında okeanın o tayındakı dairələrin, o cümlədən Amerikadakı erməni diasporunun dayandığına dair fikirlərə haqq qazandırır./publika

İcmal.Az

RƏYLƏR