Pərviz Şahbazov: Dünyadakı proseslər neft siyasətimizə təsirsiz ötüşməyəcək

OXUNUB: 989 İQTİSADİYYAT

Dünyanın neft sənayesində baş verən meyillər Azərbaycanın neft siyasətinə də təsirsiz ötüşməyəcək.

İcmal.Az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən "Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib. 

Nazir qeyd edib ki, Azərbaycan ilk dəfə sənaye üsulu ilə neft hasil etmiş ölkə olaraq özünü, təbii ki, yeni proseslərin fövqündə tarixi mövqeyini yenidən gücləndirməkdədir: 

"Neft və qaz ehtiyatları ilə Azərbaycan regionda və regiondan kənar enerji təhlükəsizliyinə töhfə verməklə beynəlxalq layihələrdə özünü etibarlı tərəfdaş kimi sübut edir, neft qiymətinin stabilləşməsinə mühüm dəstəyini verməkdədir. 

OPEC+ razılaşmasına toxunan nazir deyib ki, Azərbaycan bu prosesə erkən qoşulub və götürdüyü öhdəlikləri daim yerinə yetirib. Beləliklə, dünya bazarında qiymətlərin sabitləşməsində rol oynayıb.

P.Şahbazov qeyd edib ki, gözlənilən dəyişikliklərə, bazardakı satışlara baxmayaraq, neftə olan tələbatda dəyişikliklər bu əməkdaşlığı mühüm səviyyəyə çatdırıb: 

OPEC+ formatındakı əməkdaşlıq yeni vəziyyətin tənzimlənməsi üçün də əhəmiyyətlidir. Başqa bir mühüm məsələ, bazara təsir edən rəqabətədavamlı mühit, yeni texnologiyalar, enerji hasilatı və istehlakındakı təsirdir”.

İcmal.Az

RƏYLƏR