Polis qatarda bıçaqla sərnişini yaralamış şəxsi güllələyib

OXUNUB: 575 DÜNYA

Almaniya polisi Köln şəhərindən ölkənin şimalına gedən qatarın sərnişinlərindən birini bıçaqla yaralamış kişini zərərsizləşdirib.

Bu barədə çərşənbə günü "Bild" nəşri yazıb.

Onun məlumatına görə, hücum haqqında məlumat qatar Flensburq şəhər vağzalına gələn zaman daxil olub. Hakimiyyət nümayəndələri vaqonda olan kişiyə yaxınlaşanda o, qanun keşikçilərindən birinə hücum edib. Bundan sonra digər polis şübhəli şəxsə atəş açıb.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

 


RƏYLƏR