Post-reliz “Marş İrəli – 3” başa çatıb

OXUNUB: 296 QHT
 "İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Marş İrəli” layihəsinin 3-cü mövsümü uğurla başa çatıb.

Layihə 2021-ci il üzrə "Gənclər Paytaxtı” seçilmiş Göygöl rayonunda baş tutub. 27 iyul – 2 avqust tarixlərində həyata keçirilən düşərgədə gender balansı saxlanılmaqla ilkin müraciət və müsahibə mərhələlərindən uğurla keçmiş 100-ə yaxın gənc iştirak edib.
Layihənin ilk günündə gənclər Göygöl rayon Şəhidlər Xiyabanında Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət ediblər. Daha sonra layihənin açılış mərasimi keçirilib. Tədbirdə silsilə layihə haqqında geniş məlumat verilib. 
Ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərinə qoşulan gənclər düşərgə müddətində Azərbaycan Respublikasının ilk Baş naziri Həsən Həsənov tərəfindən "Azərbaycan Dövlətinin təşəkkül tarixi, qədim Azərbaycan” mövzusunda görüşdə, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, Aprel qazisi Loğman Məmmədov tərəfindən "Hərbi hazırlıq, Müdafiə Nazirliyinin hərbi qulluqçuları tərəfindən "Silahlarla tanışlıq və rəftar”, "Döyüş şəraitində ilkin tibbi yardım”, ANAMA tərəfindən "Mina təhlükəsizliyi”, Azərbaycan Respublikası Prezident mükafatçısı, Əlbəyaxa döyüş və xüsusi hazırlıq üzrə təlimatçı, DİN-nin İdman Cəmiyyətinin baş məşqçi-müəllimi, Kombat Cui-Citsu Federasiyasının prezidenti Rəsul Məmmədov tərəfindən "Əlbəyaxa Döyüş”, Şəfəq Fətullayeva tərəfindən "Media savadlılığı və informasiya kirliliyi”, PUA-lar üzrə mütəxəssis, mühəndis pilot Hafiz Quluzadə tərəfindən "PUA-lar və onların Vətən müharibəsində rolu” və digər mövzularda təlim sessiyalarında iştirak ediblər. Həmçinin, layihə iştirakçılarına müharibə cinayətlərinə dair məlumatlandırıcı seminarlar da həyata keçirilib. 
Bununla yanaşı, layihədə atıcılıq, tibbi estafet yarışları da keçirilib, hərbi mövzuda "Nə? Harada? Nə zaman?”, "Axtar Tap!”, maneəli qaçış, bıçaqatma, ipdartma və s. oyunlarında komandalar birincilik uğrunda mübarizə aparıblar. Gənclərin fəaliyyətləri, həmçinin, müxtəlif mövzularda komanda təqdimatları, yürüş və ekskursiyalar ilə davam edib.
Qeyd edək ki, hazırki dövrədək "İrəli” İctimai Birliyi "Marş İrəli” layihəsinin iki mövsümü uğurla həyata keçirib. Layihənin ilk mövsümü Ağdam, ikinci mövsümü isə Goranboy rayonunda baş tutub. Silsilə layihədə ümumilikdə 400-ə yaxın gənc iştirak edib. 
Layihə ərzində keçirilən yarışlarda qalib olmuş komandalar müəyyənləşdirilərək, fəxri fərman, diplom və digər müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar. 

Bundan sonra da təşkilat tərəfindən gənclərdə hərbi vətənpərvərlik ruhunun aşılanması, gənclərin düşüncəsində vətənə sədaqət məfkurəsinin genişləndirilməsi, fiziki davamlılığın artırılması, sağlam düşüncəli, rəqabətədavamlı gəncliyin inkişafında dövlət gənclər siyasətinə töhfə vermək məqsədilə tədbirlər davam etdiriləcək.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.

RƏYLƏR