Prezident İlham Əliyev məni gənc yaşda etdiyim səhvə görə bağışladı.
İcmal.Az xəbər verir ki, bunu trend-ə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 30 oktyabr tarixli hökmü ilə 10 il 6 ay müddətində azadlıqdan məhrum edilmiş Sənan Quliyev deyib.
S.Quliyev qız qaçırdığına görə Cinayət Məcəlləsinin 144.1-ci maddəsi ilə adam oğurluğunda təqsirləndirildiyini bildirib:
"İndi sevincimin həddi-hüdudu yoxdur. Qalan 7 il 1 aylıq cəzamı cənab Prezident bağışladı. Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Məni gənc yaşımda etdiyim səhvə görə bağışladı. Ömrüm boyu dövlət başçımıza minnətdar olacağam".
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncamı imzalayıb.
Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər, cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Əfv sərəncamı 39 xarici vətəndaşa, o cümlədən 11 Gürcüstan, 5 Çin, 4 Rusiya, 4 İran, 3 Türkiyə, 3 Banqladeş, 2 Türkmənistan, 2 Qazaxıstan, hərəsinə 1-i olmaqla Özbəkistan, Kamerun, Hindistan, Əfqanıstan, Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayan 3 şəxsə də şamil olunub.

İcmal.Az