Pul qarşılığında ərəb şeyxiylə görüşən məşhur aktrisa dilə gəldi – FOTO

OXUNUB: 642 ŞOU-BİZNES

Məryəm Uzerli pul qarşılığında şeyxlə görüşməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

34 yaşlı aktrisa sözlərinin yanlış anlaşıldığını deyib.

M.Uzerli bu yaxınlarda verdiyi müsahibəsində şeyxdən aldığı pulu xeyriyyə fonduna bağışladığını bildirmişdi. O, müsahibəsində "Bir daha belə şey etməyəcəm. Əgər etsəm, aldığım pulu yenə sosial məqsədlərlə xərcələyəm" , - deyə bildirib.

Aktrisa bu fikriylə bağlı verdiyi açıqlamada söyləyib ki, bu müsahibədən sonra ona çoxlusayda zəng gəlib:

"Sevgili insanlar, ilk növbədə hamıya sevgi göndərirəm, ümid edirəm ki, yaxşısınız. Mən Los-Ancelesdan qayıdan kimi mənə çoxlu zəng və mesaj gəlib. Əvvəla mənimlə maraqlandığınız üçün təşəkkür edirəm. "Mənə bir şeyxlə pul qarşılığında yemək yeyərsinizmi?” sualını verdilər. Mən isə cavabımda "Bu günə qədər belə bir şey etmədim, bundan sonra da etmərəm” dedim. Məni səhv başa düşüblər, özümü düzgün ifadə etməmişəm”.

Aktrisanın sözlərinə görə, o, müsahibədə "Möhtəşəm yüz il” serialının çəkiliş meydançasına gələn insanları nəzərdə tutub:

"Bir dəfə serialımızı sevən insanlara studiyamızı gəzdirdik. Onlardan aldığımız pulu da bağışladıq. Vəziyyət bundan ibarətdir. Mən bir qadın, ana və peşəkar aktrisa kimi bu açıqlamanı vermək məcburiyyətində idim”./publika

 

İcmal.Az

RƏYLƏR