Qadın əllərini baltalayan ərini bağışladı: "Uşaqlarımın atasıdır" - FOTO

OXUNUB: 893 DÜNYA

Qısqanc ər ona xəyanət etməkdə günahlandırdığı həyat yoldaşının əllərini kəsib. Həkimlər onun bir əlini yerinə tikə bilsələr də, digər əlini bərpa edə bilməyiblər.

Rusiyada Dmitri Qraçov adlı 26 yaşlı kişi Margarita adlı həyat yoldaşını əxlaqsızlıqda günahlandırıb və onu vəhşicəsinə cəzalandırıb. Dmitri Qraçov Margaritanı Moskvadakı meşəyə aparıb, balta ilə işgəncə verib. O, qadının etiraf etməsi üçün onun barmaqlarını baltalayıb. Qadın isə deyilənləri təkzib edib. Kişi qan itirən xanımını xəstəxanaya aparıb, özü isə polisə təslim olub. Dmitri həbs olunub.

İşgəncəyə məruz qalan qadının vəziyyəti hazıda yaxşıdır. O, dəhşətli hadisədən sonra ilk dəfə uşaqları ilə görüşüb. Qadın gülərək mətbuata açıqlama verib və "uşaqlara bu hadisə barədə nəsə deməyəcəyəm, çünki, o, hələ də mənim uşaqlarımın atasıdır", - söyləyib./milli

 

İcmal.Az

RƏYLƏR