Qadının xəstəxanda müəmmalı ölümü - DƏHŞƏTLİ KADRLAR - VİDEO

OXUNUB: 805 DÜNYA

Türkiyənin Muğla vilayətində təcili yardım şöbəsində xərəkdən yıxılan qadın 15 gün sonra dünyasını dəyişib. 

Xəstənin xərəkdən yıxıldığı isə 1 ay sonra gələn telefon zəngindən sonra üzə çıxıb. Təhlükəsizlik kamerasını araşdıran səlahiyyətlilər qadının təcili yardım şöbəsində yıxılmasının görüntülərini əldə ediblər.

Özünü narahat hiss etdiyi üçün ailə üzvləri tərəfindən xəstəxanaya gətirilən 72 yaşlı Zeliha Üstündağ başqa bir xəstəxanaya köçürülərkən təcili yardım işçilərinin diqqətsizliyi nəticəsində xərəkdən yıxılıb. 4 övlad anası Zeliha Üstündağ 15 gün reanimasiyada qalsa da, həyatını xilas etmək mümkün olmayıb.

Ailə xəstəxana işçilərindən prokurorluğa şikayət edib./milli

İcmal.Az

Qadının xəstəxanada müəmmalı ölümünün görüntüsü ortaya çıxdı

RƏYLƏR