Qana nefti dollar əvəzinə qızıl ilə alacaq

OXUNUB: 399 Özəl İQTİSADİYYAT
Qərbi Afrika ölkəsi Qana valyuta bahalaşmasının yaratdığı inflyasiyanın qarşısını almaq üçün neft məhsullarını qızılla alacaq.

7NEWS.az xəbər verir ki, Qananın vitse-prezidenti Mahamudu Bavumia "Facebook” hesabından verdiyi açıqlamada yerli valyuta sedinin dəyər itirməsi və yaşayış xərclərinə səbəb olması səbəbindən neft alışı üçün yeni siyasət üzərində çalışdıqlarını bildirib. Neft idxalçılarının valyuta tələbatının onları çətin vəziyyətə saldığını bildirən Bawumia, neftin dollar əvəzinə qızıla dəyişdirilməsinin tədiyyə balansını kökündən dəyişdirəcəyini bildirib.

Bu qərarın Qana müstəqilliyini əldə etdikdən sonra həyata keçirdiyi ən mühüm iqtisadi siyasət dəyişikliyi olduğunu qeyd edən Bawumia, yeni siyasətin 2023-cü ilin birinci rübünün sonunda həyata keçiriləcəyini bildirdi. 

Sub-Sahara Afrikasında müstəqillik qazanan ilk ölkə olan Qana Cənubi Afrikadan qitənin ikinci ən böyük qızıl ehtiyatına sahib ölkədir.

7NEWS.az

RƏYLƏR