Qara dənizdə gəmi batıb, 6 nəfərin taleyi naməlumdur

OXUNUB: 689 DÜNYA

Qara dənizdə qəzaya uğrayan ticarət gəmisinin 9 ekipaj üzvündən 3-ü xilas edilib, 6 nəfərin taleyi barədə məlumat yoxdur.

 Dənizçilərin axtarışı üçün 3 gəmi cəlb olunub.

"Qara dəniz akvatoriyasında, Alupka yaşayış məntəqəsindən 40 km cənub istiqamətində 24 min ton buğda daşıyan "Anda” gəmisi aşıb. Gəmidə 9 nəfərdən ibarət ekipaj olub. Onlar Suriya və Hindistan vətəndaşlarıdır. Onlardan 3-ü xilas edilib, digər 6 nəfərin taleyindən hələlik xəbər yoxdur”, - deyə məlumatda bildirilir.

Hazırda Qara dənizdə güclü külək və hündür dalğaların müşahidə olunduğu bildirilir./apa

 

İcmal.Az

RƏYLƏR