“Qarabağ” - “Roma” görüşü qonaqların qələbəsi ilə başa çatıb - YENİLƏNİB-2

OXUNUB: 737 İDMAN

Ağdamın "Qarabağ” komandası ilə İtaliyanın "Roma” klubu arasında görüş qonaqların qələbəsi ilə başa çatıb. 

Oyun "Rom" klubunun 2:1 qələbəsi ilə yekunlaşıb.  



***20:49

Ağdamın "Qarabağ” komandası ilə İtaliyanın "Roma” klubu arasında görüşdə hesab matçın 7-ci dəqiqəsində açılıb. 

 "Roma” futbolçuları künc zərbəsindən sonra hesabı açıblar. Lorenzo Pelleqrininin ötürməsindən sonra "Qarabağ”ın qapıçısı İbrahim Şehiçin səhvindən istifadə edən Kostas Manolas topu başla qapıdan keçirib – 0:1.

"Roma” komandası matçın 15-ci dəqiqəsində isə hesab arasındakı fərqi artırıb. El Şaravinin ötürməsindən sonra Edin Dzeko topu sinəsi ilə saxlayaraq vurduğu dəqiq zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırıb – 0:2.

Ancaq matçın 28-ci dəqiqəsində "Qarabağ” komandası hesab arasındakı fərqi azaldıb. Dino Ndlovu pressinq nəticəsində rəqib müdafiəçidən topu alaraq Pedro Enrikəyə ötürmə edib. Gözəl ötürmədən sonra qapıçı ilə təkbətək qalan Pedro Enrike dəqiq zərbə ilə "Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunu qapıdan keçirib – 1:2.

Oyunun birinci hissəsində başqa qol qeydə alınmayıb və bununla da komandalar fasiləyə "Roma” klubunun 2:1 hesablı üstünlüyü ilə yollanıblar. 


*** 20:07

UEFA Çempionlar Liqasının "C” qrupunda yer alan Ağdamın "Qarabağ” komandası qrup mərhələsinin ikinci turunda İtaliyanın "Roma” klubu ilə qarşılaşır.

 Bakı Olimpiya Stadionunda keçirilən görüşü portuqaliyalı baş hakim Artur Dias idarə edir. Ona həmyerliləri Rui Tavares və Paulo Soares kömək edirlər. Dördüncü hakim funksiyasını Bruno Rodriges yerinə yetirir. Matçın hakim-inspektoru israilli Haim Yakov, UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamovdur.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ” səfərdə "Çelsi” ilə qarşılaşıb. Həmin görüş 0:6 hesabı ilə "Çelsi”nin xeyrinə başa çatıb. "Roma” isə doğma meydanda "Atletiko Madrid” ilə heç-heçə edib – 0:0. 

 

 

İcmal.Az

RƏYLƏR