Qardaşı qızı ilə öpüşərkən görüntülənən 49 yaşlı aparıcı xanımı ilə barışdı - FOTO

OXUNUB: 850 ŞOU-BİZNES

Məşhur aparıcı Murad Başoğlu boşandığı həyat yoldaşı Hande Bermekle sahildə əl-ələ görüntülənib.

 İş adamı Ayhan Bermekin qızı Hande Bermek həyat yoldaşı doğma qardaşı qızı Burcu Başoğlu ilə yaxtada öpüşərkən görüntüləndikdən sonra Murad Başoğlundan ayrılmağa qərar vermişdi.

Cütlük sentyabrın 11-də rəsmi qaydada boşanmışdı. Ancaq məlum olub ki, Hande Bermek aparıcıya daha bir şans verib. Onlar dünən sahildə gəzərkən 3 nəfərlik xüsusi mühafizə dəstəsi ətrafa nəzarət edib. Sahildə yürüş edən cütlük bir-birilərinə qucaqlaşıb öpüşüblər. Aparıcının Hande ilə nikahından 14 yaşında bir oğlu var.

Xatırladaq ki, Murad Başoğlu və Burcu Başoğlunun görüntülərini prokurorluq "həyasız hərəkət” adlandırıb. İddianamədə həmçinin "34 yaşında evli qadının 49 yaşında evli və doğma əmisinin gəmisində, hər kəsin görə biləcəyi şəkildə bu cinayəti törətməsi ictimai dəyərlərimizi zədələmişdir" , - deyə qeyd edilib.

Murad Başoğlu ifadəsində qardaşı qızı Burcu Başoğlunu idman zalına, özünün də festivala getdiyini, orada tanış olduğu Olqa adlı qızla gəmiyə gəldiklərini irəli sürüb.

Ancaq Burcu Başoğlu ifadəsində dəniz dalğalı olduğu üçün yanaşdıqları buxtada içkili əmisinin gəminin üst hissəsində onu öpdüyünü mətbuatda çıxan fotolardakı şəxsin özü olduğunu deyib./publika

İcmal.Az

RƏYLƏR