"Qardaşımın əlində və başında iz var" - Dəhşətli yanğında ölənlərin yaxınları

OXUNUB: 651 HADİSƏ
Narkoloji Mərkəzdəki yanğında dünyasını dəyişənlərin yaxınları məlumat ala bilmir.

Rəsmi məlumatda ölənlərin sayının 25 olduğu bildirilir.

Hazırda daha bir neçə meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Bürosuna gətirilib.

Hazırda yaxınlarından məlumat ala bilməyənlər buraya gəlir. Amma meyitlərin şəxsiyyəti müəyyən edilmədiyindən heç kimə məlumat verilmir.
 

Dünyasını dəyişənlərin yaxınları Patoloji Anatomiya Bürosunun qarşısında gözləyirlər.

Hazırda saat 13:23-də daha bir təcili yardım maşını Patoloji Anatomiya Bürosuna gəlib. Təcili yardımdan dünyasını dəyişənlərdən birinin tanınmaz halda olan cəsədi morqa aparılıb.

Dünyasını dəyişənlərdən birinin bacısı olan xanım bildirib ki, qardaşından xəbər ala bilmir. Onun sağ olub-olmamasından məlumatsızdır.

Mərhumun yaxını qardaşının abtomobil qəzası keçirdiyini və sol əli ilə baş nahiyyəsində xəsarət izlərinin olduğunu deyib. Lakin meyitlərin şəxsiyyəti müəyyənləşmədiyindən mərhumun yaxınlarına məlumat verilmir./big
 
İcmal.Az

RƏYLƏR