Ayrılıq sənətlə bağlı olmayıb. Mən həmişə ailəyə bağlı olmuşam və müğənni olmaq üçün ayrılmamışam.
Bu sözləri gənc müğənni Çinarə Məlikzadə ARB TV-nin "Boş anlar" proqramında boşanmasından danışarkən deyib.
Müğənni, həmçinin bildirib ki, həmişə rahat yaşamağı məşhur olmaqdan üstün tutub.
"Həmişə deyirdim ki, qarşıma elə bir oğlan çıxsın ki, məni oxumağa qoymasın. Müğənni olmaq üçün elə də ürəyim getməyib. Əksinə, rahat yaşamağı sevmişəm. İndi gəzəndə sıxılıram.
Çinarə evli olarkən yoldaşının onun müğənnilik etməsinə qadağan qoyduğunu etiraf edib.
"Öz istəyimlə qadağan etmişdi. Sadəcə, biz bir-birimizi olduğumuz kimi qəbul etməmişik. Ailədə əsas anlayışdır, oturub qarşılıqlı dost kimi saatlarla söhbət etməkdir. Bunlar yoxdusa, alınmır".
Gənc müğənni boşanmasına peşman olmadığını bildirib.
"Aramızda bəzi hadisələr oldu və biz belə bir qərara gəldik. 1 il nişanlı, 2 il də ailəli olmuşuq. İkimiz də uşaq olmuşuq. Ailə quranda 19-20 yaşımız olardı. Peşmançılığını çəkməmişəm heç vaxt. Həmişə mənə deyirdilər ki, peşman olacaqsan. Amma mən, hələ ki, olmamışam. Heç kim ailə qurmur ki, ailəsi dağılsın. Mən də istəməmişəm. Amma bu qarşılıqlı olmalıdır. Tək tərəfli olanda alınmır"./milliİcmal.Az
Ana səhifə
/
ŞOU-BİZNES / “Qarşıma elə bir oğlan çıxsın ki, məni oxumağa qoymasın” - Azərbaycanlı müğənni - VİDEO - FOTO
“Qarşıma elə bir oğlan çıxsın ki, məni oxumağa qoymasın” - Azərbaycanlı müğənni - VİDEO - FOTO
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
SİVVA-dan “MƏN GÜNƏŞƏM”
17.08.2026, 17:29 / Özəl, ŞOU-BİZNES -
Aqşin Fatehin restoranı cərimələndi – Video
11.12.2025, 10:51 / ŞOU-BİZNES -
Rəqsanənin ərinə də cinayət işi açıldı - Ölkədən çıxa bilməz
25.08.2025, 17:13 / ŞOU-BİZNES -
Şou-biznesdə yeni ad: Farid Xan - Bu klipi sevəcəksiniz (FOTO/VİDEO)
17.06.2025, 13:42 / ŞOU-BİZNES, MƏDƏNİYYƏT -
“Başıma oyun açdı, çılpaq şəklimi paylaşdı” - Daha bir qalmaqal
02.05.2025, 18:40 / ŞOU-BİZNES -
Məhkəmə Ağadadaş Ağayevlə bağlı QƏRAR VERDİ
06.03.2025, 12:39 / ŞOU-BİZNES -
Özcan Deniz ürək əməliyyatı olunacaq
26.02.2025, 14:52 / ŞOU-BİZNES, DÜNYA
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Səhiyyə, İQTİSADİYYAT 2021-ci ildə "Azər-Türk Med"də aparılan plastik əməliyyatla bağlı cinayət işi başlanacaq
-
SOSİAL MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİNDƏN REKORD GÖSTƏRİCİ: 98,10% QƏBUL VƏ 1717 BAKALAVR TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ TƏLƏBƏ QƏBULU !
-
SOSİAL Yaşlı valideyniniz var? Onu yıxılmadan qorumaq üçün bu gün hərəkətə keçin!



























