Qazaxıstan “Eurovision”a gəlmək istəyir

OXUNUB: 1021 ŞOU-BİZNES

Qazaxıstanın "Eurovision”da iştirak etmə məsələsi yenidən gündəmə gəlib. 

İcmal.Az xəbər verir ki, Avropa Yayım Birliyinə (EBU) üzv olmayan Khabar TV müsabiqə barədə sujetlər və anonslar yayımlayır. 

Bundan əlavə, Qazaxıstan Avropanın ən böyük musiqi festivalına qatılmaq niyyətindədir. Lakin, Khabar TV bununla bağlı rəsmi olaraq EBU-ya müraciət etməyib. Lakin, qurum ölkədə müsabiqənin yayımına icazə verib. 

Müsabiqəyə ötən il Avstraliyanın qoşulmasından sonra Qazaxıstanda iştirak barədə ümidlənib. 

Qeyd edək ki, "Eurovision”da Avropa ilə yanaşı, İsrail və Avstraliya da iştirak edir. 

 

 

RƏYLƏR