Qəhrəmanlarımızı gənclərə tanıdaq

OXUNUB: 672 QHT
"Bakı Gənclər Klubu” ictimai birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə dövlətimizin siyasətinin vacib tərkib hissəsi - gənclərimizin vətənpərvər ruhda tərbiyəsini əsas tutaraq, 28 dekabr 2020 –28 mart 2021-ci il tarixlərində "Bir ölür – min dirilərik!” adlı layihənin icrasını həyata keçirir. Layihə Bakı şəhəri və keçmiş çəbhəyanı rayonlarda həyata keçiriləcək.     
Layihənin məqsədi - Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçüləmizi video-çarxlar vasitəsilə cəmiyyətə tanıtmaq və gənclərimizdə qəhrəman obrazları yaratmaqdır.                                                                           
       Layihə çərçivəsində 5 video-çarxın çəkilişi həyata keçiriləcək. Bu məqsədlə keçmiş cəbhəyanı - I və II Qarabağ müharibəsi qazilərin yaşadıqları və müharibələr zamanı qızqın döyüşlər getdiyi rayonlara səfərlər təşkil olunacaq. Çəkilişlərdə müxtəlif – topçu, tankçı, kəşfiyatçı və s. döyüşçülərin həyatı, Vətən torpağının müdafiəsinə qalxması, qəhrəmanlıq döyüş yolları, döyüş gedən məkanlar, gənc nəslə tövsiyyələri və s. məqamlar öz əksini tapacaq. Hazırlanmış video-çarxlar gələcəkdə gənclərimizi vətənpərvər ruhda böyüməsi, yeni qəhrəman obrazların yaranması və həmin qəhrəmanları gənclər və cəmiyyət tərəfindən tanıdılmasına yol açacaq.
    "Bakı Gənclər Klubu” ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. "Bakı Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), "GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və "Azərbaycan Kiber İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür.

Azərbaycan, AZ 1014, Bakı
"Binəqədi Gənclər Evi”
Tel: (012) 408 98 45
Mob: (050) 322 28 02
E-mail: bakı[email protected]
  www.fb.com/bakigenclerklubu                           
www.twitter.com/bgk_az

RƏYLƏR