QHT-çi ailənin daha bir uğuru: övladları Hüseyn Asif oğlu Əsgərli Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın ən gənc üzvü oldu

OXUNUB: 1039 QHT

İyulun 17-də "İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinın qərarı ilə təsdiq edilmiş "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya təkrar seçkilər keçirilib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında təşkil edilən seçkidə qeydə alınmış 43 vətəndaş cəmiyyəti institutunun namizədləri arasında keçirilmiş seçkidə 123 təşkilat səs vermədə iştirak edib.

Səslərin sayılması zamanı 3 seçki vərəqəsi etibarsız hesab edilib. Gərgin keçən mübarizə nəticəsində son 3 şəxs eyni səs topladığı üçün onlar arasında püşkatma keçirilib və yekun olaraq aşağıdakı şəxslər qalib elan olunublar:

Onu da qeyd edək ki, "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyindən namizədliyi irəli sürülmüş Hüseyn Asif oğlu Əsgərli ictimai şuranın ən gənc üzvü olub.

Əlavə olaraq bildirək ki, Hüseyn Əsgərli Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli ilə Gülnarə Bağırovanın övladıdır.

Adı, soyadı, atasının adı Namizədliyini irəli sürmüş təşkilat
1 Arif Məmmədov Aydın oğlu Azərbaycan Karate-do Federasiyaları  Assosiasiyası
2 Asim Vəliyev Nazimoviç "Gənclərin Töhvəsi” İctimai Birliyi
3 Aynur Məmmədova Tofiq qızı "Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası” İctimai Birliyi
4 Azad Mənaflı Əziz oğlu "İsmayıllı İntellektual oyunlar klubu” İctimai Birliyi
5 Azər Əliyev Nurəddin oğlu "Gəncliyin Təşəbbüsü Maarifləndirmə” İctimai Birliyi
6 Azər Əliyev Ruslan oğlu Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası
7 Cəsarət Əhmədov Mehman oğlu Azərbaycan Qol Güləşi Federasiyası
8 Coşqun Hidayətov Hikmət oğlu "Böyük Qayıdış” Gənclər Təşkilatı
9 Elnur Alıyev Tahir oğlu Ağsu Futbol Klubu
10 Elnur Məmmədov Mənəf oğlu "Autizm Assosiasiyası” İctimai Birliyi
11 Hüseyn Əsgərli Asif oğlu "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi
12 İntiqam Cavanşir Yaşar oğlu Dünya Gənc Türk Yazarlar Birliyi
13 Nigar Ələsgərova Elman qızı "Odlar Yurdu” Gənclər İctimai Birliyi
14 Niyammədin Paşayev Vaqif oğlu Azərbaycan Taekvondo Federasiyası
15 Nuranə Şıxəliyeva Xanoğlan qızı Azərbaycan Alpaqut Federasiyası

Seçkinin nəticələri məlum olduqdan sonra, nazir müavini İntiqam Babayev çıxış edərək seçilənləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. O İctimai Şura üzvlərindən yeni təşəbbüs və ideyaların gözlədiyini bildirib. Yeni tərkibdə formalaşmış İctimai Şuranın gənclərlə iş və idman sahəsində faydalı olacağına ümidvar olduğnu qeyd edib.

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya təkrar seçkilər keçirilib

RƏYLƏR