QHT rəhbəri “ İctimai Şuraların seçki prosesindən narazıyam” (ÖZƏL)

OXUNUB: 436 GÜNDƏM SOSİAL
İctimai sektorda son ilin ən fəal mövzularından biri də dövlət qurumları yanında yaradılan ictimai şuralarda seçkilərin aparılmasıdır.  Əslində proses kənardan bəsit görünsə də daha yaxından tanış olan insanlar üçün mənzərə fərqlidir. Bu sözləri Qan Donorları Assosasiyasının  sədri Fuad Əsgərov bildirib.
 Bəzən elə bir təəssürat yaranır ki, seçkilərdən öncə "nəticələr artıq bəllidir”.  Bu fikrin formalaşması şəffaflıq inancını geridə qoyur. Əslində bu fikri formalaşdıran elə namizədlərin özləridir və buna nəzarət edən bir mexanizm mövcud deyil. Mövcuddursa da işlək vəziyyətdə deyil.  
Hazırda Qan Donorları Assosasiyası adından Dövlət Miqrasiya Xidməti və Mədəniyyət Nazirliyi yanında keçiriləcək ictimai şuraya namizədəm amma bu namizədlik fəaliyyətimizlə əlaqəlidir. Məsələn 2019-cu ildə Bakıda keçirilən Beynəlxalq Gənclər Forumunda ölkəyə gələn qonaqlarla bağlı ciddi problemlər yaşayırdıq. Amma istər Xarici İşlər Nazirliyi istərsə də Dövlət Miqrasiya Xidməti problemin həllini sürətləndirə bilmədiyi üçün problemləri aradan qaldıra bilmədik. Fəaliyyətimiz beynəlxalq olduğu üçün təmsil olunduğumuz mövqedən düzgün istifadə edib problemlərin həllində yaxından iştirak etmək istəyirik. Təəssüf hissi ilə qeyd edirəm ki, İcitmai şuralara namizəd olan vətəndaş cəmiyyətinin mümayəndələri öz fəaliyyətləri istiqamətində görə biləcəyi efektiv liyi nəzər almadan əlaqəli-əlaqəsiz öz namizdəliyini irəli sürür və sonrada başlayırlar "dost-tanışa zəng edib kömək istəməyə”.  Bu çox  bərbad addımdır. İlk öncə İctimai Şuralara namizəd  olan insanlar bilməlidir önların  əsas fəaliyyəti vətəndaşla dövlət qrumları arasında əlaqələndirici rol oynamaq və movcud problemlərin həllində təşəbüskar iştirakdır.  Amma tam əksini görürük ! Düşünürəm ki, QHT nümayəndələri bir-biriləri ilə bəhsə girdiyi üçün məqsədli şəkildə bütün qrumlarda namizədliklərini irəli sürürlər. Diqqət yetirsəniz bir çox istiqamətlər üzrə eyni namizədlər təmsil olunur. Mənzərənin ən arzu olunmayan tərəfi isə səsvermələrin gedişatına süni maneələrdir. Bu daha çox dostluqdan, tanışlıqdan və bir çox halda "dostumuzun dostunun dostundan xahiş minnətlə bir-bir səs toplama” hallarıdır. Bu mənzərə vətəndaş cəmiyyətinə yaraşmayan addımdır. Açığı etiraf edirəm ki, nəticələr artıq bəllidir kimi görünür.
Amma gec deyil və aparılan "pərdə arxası” səs toplama prosesinə müdaxilə etmək olar.

RƏYLƏR