Qiymətli əşyalarınızın təhlükəsizliyi üçün Yelo Bank-dan depozit qutuları

OXUNUB: 869 Özəl İQTİSADİYYAT BANK
Təhlükəsizliyin və rahatlığın hər şeydən üstün olduğu indiki dövrdə Yelo Bank-dan göydəndüşmə təklif var. Belə ki, Bank dəyərli əşyalarınızı etibarlı şəkildə saxlaya biləcəyiniz depozit qutuları təklif edir. Depozit qutuları nədir və hansı üstünlükləri var?

Depozit qutuları mühüm sənədləriniz, qızıl-zinət əşyalarınız və ya sadəcə gizli qalmasını istədiyiniz məlumatlarınız üçün xüsusi mühafizə olunan yerdir. Yelo Bank isə münasib qiymətlərlə depozit qutularının icarəsini təmin edir. Xidmət bir sıra üstünlüklərə sahibdir:

Təhlükəsizlik: Depozit qutuları qabaqcıl təhlükəsizlik sistemləri sayəsində 24/7 təbii fəlakət, oğurluq və ya zədələnmə hallarından mühafizə olunur.

Məxfilik: Yelo Bank depozit qutularında saxladığınız əşyaların gizliliyini təmin edir. Depozit qutularına yalnız siz və sizin müvəkkiliniz daxil ola bilər.

Müxtəlif ölçülər: Bank depozit qutularını 3 fərqli ölçüdə təqdim edir. Mühafizə etmək istədiyiniz əşyanın ölçüsünə uyğun depozit qutusunu icarəyə götürə bilərsiniz.

Rəqabətli tariflər: Bank-ın təklif etdiyi depozit qutularının sərfəli qiyməti bu xidmətdən hər kəsin yararlanmasına imkan verir. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir. 

Xidmət müddəti ərzində icarəyə götürdüyünüz depozit qutusundan limitsiz istifadə imkanına sahib olacaqsınız. Qeyd edək ki, bu xidmət Bank-ın Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən Mərkəz filialında aktivdir. Daha ətraflı: https://bit.ly/3rUlS73 

Yelo Banka depozit qoymaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

RƏYLƏR