"Qızıl qlobus" kino mükafatları mərasimində seksual zorakılıq əleyhinə AKSİYA KEÇİRİLDİ - FOTO

OXUNUB: 705 ŞOU-BİZNES

"Qızıl Qlobus" kino mükafatlarının təqdimolunma mərasimində dünən bütün ulduzlar qara rəngə bürünüb.

 Dünən Los Ancelesdə "The Beverly Hilton” hotelində 75-ci "Qızıl Qlobus" kino mükafatlarının təqdim olunma mərasimi keçirilib. Gecədə Ancelina Coli, Nikol Kidman, Emma Stoun, Marqot Robbi, Uels Qadot, Kendall Jenner, Dakota Conson, Meril Strip, Cessika Bel, Şeron Stoun, Cennifer Eniston, Holli Berri və başqa ulduzlar iştirak edib.

Hollivud aktrisaları film və TV sənayesinin başda prodüser Harvey Veynşteyn haqqındakı cinsi təcavüz iddiaları olmaqla mövzu haqqında heç bir açıqlama verməməsinə və kino sahəsində qadınlardan sui-istifadəyə qarşı birləşməyə qərar verib. Belə ki, məşhur ulduzlar kino sahəsində gender bərabərsizliyinə etiraz əlaməti olaraq və cinsi təcavüz qurbanlarına qarşı həmrəylik nümayiş etdirmək üçün qırmızı xalçaya qara libaslarda çıxıblar.

Qaliblərin siyahısı:

Ceyms Franko - "Dərd atası" – "Ən yaxşı komik kişi rolu”

Nikol Kidman - "Böyük kiçik yalan" miniserialı (Big Little Lies) - "Ən yaxşı qadın aktrisası”

Актриса Николь Кидман. Фото: © REUTERS/Lucy Nicholson

Aleksandr Skarsqard – "Böyük kiçik yalan" serialı "İkinci planda ən yaxşı kişi rolu”

Lora Dern - "Böyük kiçik yalan" serialında TV-də "İkinci planda ən yaxşı qadın rolu"

Qari Oldman - "Qaranlıq zamanlar" - "Ən yaxşı dramatik film aktyoru"

Qret Qerviqin "Xanım Börd" - "Ən yaxşı komediya filmi”

Sem Rokuell - "Ebbinq sərhədində üç bilbord, Missuri" (Three Billboards Outside Ebbing, Missouri) - "İkinci planda ən yaxşı kişi rolu”

Elizabet Moss - "Xadimənin hekayəsi" dramatik serialı - "Ən yaxşı aktrisa”

Reyçel Brosnahen - "Qəribə missis Meyzel" komediya serialı - "Ən yaxşı qadın rolu”

Sterlinq K. Braun - "Bu bizik" dramatik serialı "Ən yaxşı kişi rolu"

"Xadimənin hekayəsi" - "İlin ən yaxşı dramatik serialı”

Gilermo del Toro - "Suyun şəkli" - "Ən yaxşı rejissor işi”

Режиссёр Гильермо дель Торо. Фото: © REUTERS/Lucy Nicholson

Aleksandr Despla - "Suyun şəkli" filmi üçün yazılmış musiqiyə görə ən yaxşı kino saundtreki

"Kokonun sirri" – "İlin ən yaxşı animasiya filmi”/publika

İcmal.Az

RƏYLƏR