Qobustan rayonunda 4 otaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, rayonun Ərəbşalbaş kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 100 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
İcmal.Az