S.P.-nin son 1 həftədir bikef olmasından şübhələnən anası qızından bunun səbəbini soruşub. S.P. anasına eyni binada qalan qonşuları Erkan K.-nın ona təcavüz etdiyini, zorlamaqda davam etmək üçün də telefonda təhdid mesajları göndərdiyini söyləyib. Mesajları görən ana qızıyla birlikdə polis bölməsinə gedərək qonşusundan şikayət edib. Erkan K.-nin, S.P.-nin yanına gəlməsi üçün göndərdiyi təhdid xarakterli mesajlar da dəlil olaraq polisə göstərilib. Polis Erkan K.-nı saxlayıb. Şübhəli həbs edilib./milli.az
İcmal.Az