Qonşunun evinə girən ustalar qadını döyüb pulunu apardılar - VİDEO - FOTO

OXUNUB: 785 HADİSƏ

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları quldurluq faktının üstünü açıblar.

İcmal.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə oktyabrın 30-u gecə saatlarında Biləcəri qəsəbəsi M.S.Ordubadi küçəsi 30 ünvanında Gülnaz Abdullayevaya məxsus mənzildə qeydə alınıb.

İki nəfər naməlum şəxs evə pəncərədən daxil olaraq yaşlı qadının əl-ayağını yapışqanlı lentlə bağlayıblar. Daha sonra quldurlar Gülnaz Abdullayevanın sifətinə yumruqla vuraraq köynəyinin cibindəki 3880 manat pulu götürərək oradan uzaqlaşıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Elvir Məmmədov və Heydər Vəliyev saxlanılıblar. Məlum olub ki, sözügedən şəxslər zərərçəkənin həm qonşularıdır, həm də qadının evində usta işləyiblər.

Elvir Məmmədov - Saxlanılan şəxs: "Yaşlı qadın idi. Tək yaşayırdı. Evin də təmir edirdi. Asiflə getdik evə. Asif pəncərədən keçib qapını açdı. Fikirləşdim ki, qonşudu, tanımasın deyə maska keçirtdim".

Saxlanılan hər iki şəxs barəsində Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin quldurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

İcmal.Az

 


Qonşunun evinə girən ustalar qadını döyüb pulunu apardılar

RƏYLƏR