Qorxmaz Hüseynovun qardaşı saxlanıldı

OXUNUB: 749 GÜNDƏM SOSİAL HADİSƏ

"Azərsu” ASC-də maliyyə yoxlamalarının başlandığı xəbərləri yayılıb.

Qorxmaz Hüseynovun ASC-nin rəhbər postundan azad olunmasından sonra araşdırmalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb.

Bu qurumda illərlə dövlət vəsaitlərinin talan olunması, layihələrin icrası zamanı maxinasiyalara yol verilməsi, tenderlərdə milyonluq mənimsəmələr həyata keçirilməsi haqda media davamlı olaraq yazıb.

İndi Q.Hüseynovun həbsi ilə bu məsələlərin üstü açılıb. Xəbər verilir ki, "Azərsu” ASC-də korrupsiya ilə bağlı kütləvi həbslər olub.

Son məlumata görə, saxlanılanlar arasında Q.Hüseynovun qardaşı Behbud Hüseynov da var./Tia.az

RƏYLƏR