Zaur Mirzə-zadə ilə bağlı Ali Məhkəmənin sədrinə müraciət ünvanlanacaq

OXUNUB: 518 GÜNDƏM SOSİAL HADİSƏ
Tanınmış jurnalist, xalq.az və bakutime.az saytlarının rəhbəri hazırda həbsdə olan Zaur Mirzə-zadə ilə bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayeva müraciət ediləcək. 
 
Bu haqda jurnalistin səhifəsini idarə edən admin heyəti məlumat verib.

Müraciətdə deyilir: "Tanınmış jurnalist Zaur Mirzə-zadə haqqında 8 oktyabr 2021-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təkzibolunmaz sübutlarla təqsirsiz olduğu aşkarlanaraq BƏRAƏT hökmü verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımov sifarişlə, təhrifolunmuş sübutlarla, heç bir hüquqi əsası olmayan faktla onu 5 il azadlıqdan məhrum edərək ədalətsiz qərar vermişdir. Cəmiyyətdə cəzasızlıq prinsipinin yayılmamasına görə Ali Məhkəmənin sədri Ramiz Rzayeva müraciət ünvanlanacaq.
 
Millət vəkilləri, elm və ictimayət nümayəndələrinin adından ünvanlanacaq müraciətdə tanınmış jurnalist Zaur Mirzə-zadənin kasasiya şikayətinə kənar müdaxilə olmadan baxılmasına, məhkəmənin açıq keçirilməsi və ədalət tərəzisinin nizamının tənzimlənməsi üçün müraciətə öz imzası ilə qatılmaq istəyənlərə çağırış edirik. Korrupsiya xəstəliyindən sağalmayanları ifşa edərək əsl təqsirkarların məsuliyyətə cəlb olunmasına dəstək verək". 

RƏYLƏR