Qoşulmama Hərəkatının Bakıda keçirilən Sammitində Türkiyə və Suriyada zəlzələ qurbanlarının xatirəsi anılıb

OXUNUB: 1134 index-manşet SİYASƏT
Türkiyədə və Suriyada baş vermiş zəlzələ qurbanlarının xatirəsi Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakıda keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə yad olunub.

 Azərbaycan Prezidenti İlham Əliyev deyib:

"Müzakirələrimizə başlamazdan əvvəl sizin diqqətinizi bir məqama cəlb etmək istəyirəm. Hamınızın bildiyi kimi, bir neçə həftə bundan əvvəl Türkiyədə və Suriyada dağıdıcı zəlzələ baş verib. Müasir dövrün ən faciəli təbii fəlakətlərindən biri olan bu zəlzələ onminlərlə insanın həyatına son qoyub. Zirvə görüşünün bütün iştirakçılarını ayağa qalxmağa və həlak olanların xatirəsini bir dəqiqəlik sükutla anmağa dəvət edirəm. Bu dəhşətli fəlakətlə əlaqədar dərindən kədərləndiyimizi bildirir, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik”.

RƏYLƏR