Bakı. 27 aprel. / Quba rayonundakı "Oscar" oteldə intihara cəhd edən müəllimin itkin düşən şəxs olduğu məlum olub.
“Report”un xəbərinə görə, aprelin 23-də Şamaxı rayon sakini 1990-cı il təvəllüdlü Ruslan Zərbəliyev Bakı şəhəri, Binəqədi rayonu, .S.S.Axundov küçəsi 8 ünvanının qarşısından itkin düşüb.
R.Zərbəliyev Qubada intihar məqsədi ilə özü-özünə bıçaq xəsarəti yetirib və hazırda o, Quba Rayon Mərkəzi Xəstəxanasında yardım alır.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, itkin düşmüş şəxsdir.
Faktla bağlı araşdırmalar davam etdirilir.