Qubada intihara cəhd edən müəllimin itkin düşən şəxs olduğu məlum olub

OXUNUB: 1712 MÜSAHİBƏ Texnologiya SOSİAL AZƏRBAYCAN

Bakı. 27 aprel. / Quba rayonundakı "Oscar" oteldə intihara cəhd edən müəllimin itkin düşən şəxs olduğu məlum olub.

“Report”un xəbərinə görə, aprelin 23-də Şamaxı rayon sakini 1990-cı il təvəllüdlü Ruslan Zərbəliyev Bakı şəhəri, Binəqədi rayonu, .S.S.Axundov küçəsi 8 ünvanının qarşısından itkin düşüb.

R.Zərbəliyev Qubada intihar məqsədi ilə özü-özünə bıçaq xəsarəti yetirib və hazırda o, Quba Rayon Mərkəzi Xəstəxanasında yardım alır.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, itkin düşmüş şəxsdir. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

RƏYLƏR