Ramil Usubov DYP rəisini cəzalandırdı - FOTO

OXUNUB: 686 HADİSƏ

Bakıda turistə qarşı qeyri-qanuni hərəkət edən yol polisi rəisi cəzalandırılıb, polis serjantı isə işdən çıxarılıb.

İcmal.Az-ın məlumatına görə,  Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) serjantı (adı açıqlanmır) turistə qarşı etdiyi qanunsuz hərəkətə görə işindən azad olunub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Səbail rayon DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı Cəmşid Hənifəyevə isə şiddətli töhmət verilib.

 

Xatırladaq ki, bir neçə müddət öncə prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında ölkəyə turistlərin cəlb olunmasının vacibliyindən danışıb, turistləri incidənlərin, onlardan əsassız pul tələb edənlərin cəzalandırılacağını bildirib.

İcmal.Az

RƏYLƏR