Rayon rəhbərinin qardaşı öldürüldü - TƏFƏRRÜATLAR - YENİLƏNDİ

OXUNUB: 670 DÜNYA

Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda iki nəfərin ölümü və üç nəfərin yaralanması ilə nəticələnən atışmaya səbəb borc pul olub.

 Bu barədə "RİA Novosti”yə Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Məlumata görə, insidentlə əlaqəli 6 nəfər saxlanılıb, 15 nəfərədək şəxsin axtarışı davam etdirilir.

"Ümumilikdə münaqişədə 20-dək şəxs iştirak edib. Onlardan bir qrupu Məhərrəmkənd rayonuna Dərbənd şəhərindən gəlib. Mübahisə pul üstündə, daha dəqiq, borca görə yaranıb”, - deyə mənbə bildirib.

Məlumata görə, insidentdə Məhərrəmkənd rayonu rəhbərinin qohumları iştirak edib. Onlardan biri Eldar Yaralıyev öldürülüb, rayon rəhbərinin qardaşı oğlu isə yaralanıb ./APA

***

Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Məhərəmkənd rayonunda atışma baş verib.

 Atışmada 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Ölənlərdən biri rayonun başçısının qardaşıdır. Onun rayon şurasının deputatı olduğu bildirilir.

Muxtar respublikanın Daxili İşlər Nazirliyindən atışma faktını təsdiq ediblər. İdarənin məlumatına görə, münaqişənin iştirakçılarından biri saxlanılıb, iki nəfər axtarılır.

Daha əvvəl məlumatlı mənbə bildirib ki, münaqişəyə yüksək vəzifəli şəxslərin uşaqları cəlb olunub.

Hadisənin təfərrüatları dəqiqləşdirilir./publika

İcmal.Az

RƏYLƏR