Rəfiqəsinin böyrəyi ilə yaşayan Selena ağladı

OXUNUB: 721 ŞOU-BİZNES
Bu ilin avqustunda Selena Qomez böyrək köçürmə əməliyyatı etdirib, ancaq bu haqda xəbər sentyabrda yayılıb.
 
Sənətçi NBC kanalında qonaq olarkən əməliyyatdan danışıb. Müsahibəyə Qomez rəfiqəsi, 29 yaşlı Fransi Raysoyla birlikdə qatılıb. 

Müğənni ona böyrəyini verən və həyatını xilas edən rəfiqəsindən göz yaşları ilə danışıb:

"O, məni xilas etdi. Ona necə minnətdar olduğumu sözlərlə ifadə edə bilmərəm".

Qomez və Fransiya 2008-ci ildə "Disney"də keçirilən xeyriyyə tədbirində tanış olub. Onlar bir-birinə "bacı" deyir və hər zaman birlikdədirlər./Axşam.az





İcmal.Az

RƏYLƏR