Regional Mədəniyyət İdarəsinin rəisinə qarşı İTTİHAM – İLGİNC

OXUNUB: 261 MƏDƏNİYYƏT HADİSƏ
Bəllidir ki, Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimov daşıdığı vəzifəsinin icraasına başladıqdan az sonra, qanunla müəyyən ollunmuş səlahiyyətlərindən istifadə edərək ciddi kadr islahatları həyata keçirdi. Yəni, o, vəzifəsinin öhdəsindən gələ bilməyən, yaş həddi keçən, ötən illər ərzində iş fəaliyyətində ciddi nöqsanlara qol qoyan və s. kimi göstəriciləri özündə cəmləşdirən şəxsləri daşıdıqları vəzifələrindən uzaqlaşdırdı. Əslində, bu yöndə atılan addımlar olduqca təqdirəlayiq və hər kəs tərəfindən alqışlanan addımlar oldu. Cənab Nazir belə addımları ilə bərabər, digər addımlarını da atdı ki, onlardan biri də mədəniyyət qurumlarında müəyyən vəzifələrə gənc, perespektivi kadrların təyin olunmaları oldu. Belə kadrlardan biri də, Mədəniyyət naziri cənab Anar Kərimovun imzaladığı əmr əsasında Ağstafa Regional Mədəniyyət İdarəsinə rəis təyin olunan Əli Elbəy Akif oğlu oldu. Qeyd edək ki, bu şəxs idarə rəisi vəzifəsinə təyin olunmazdan öncə müəyyən qədər həyat yolu keçən, müəyyən qədər idarəçilik təcrübəsi toplayan şəxs olsa da, son günlər Əli Elbəyin atdığı addımlar Regional idarənin nəzdində fəaliyyət göstərən qurumlarda əməlli-başlı "çaxnaşma” yaradıb. Məsələn, araz.az xəbər portalı olaraq redaksiyamıza daxil olan məlumatlara görə, hazırda bu şəxs uzun illər ərzində mədəniyyət sahəsində çalışan şəxslərdən bəzilərini heç bir əsas olmadan işdən çıxartmağa, bəzi gənc kadrların qarşısına qəbul olunması mümkün olmayan müəyyən şərtləri qoymağa çalışmaqdadır. Daxil olan məlumatlarda qeyd olunur ki, Əli Elbəy hansı şəxsi işindən çıxartmaq qərarına gəlibsə, həmin şəxsə müxtəlif məzmunda ərizə yazmasını təkid etdirir. Yəni, o, həmin ərizənin varlığını əsas tutmaqla, məhz atacağı addımı hüquqi cəhətdən əsaslandırmağa çalışır. Diqqət yetirmək lazımdır ki, idarə rəisinin bu yöndə qərarı onun marağına cavab versə də, əslində müxtəlif məzmunlu ərizənin yazdırılmasına təkid göstərilməsi, məhz həmin şəxslərə təsir göstərən ciddi psixoloji amilin varlığı olur. Deməli, Regional Mədəniyyət İdarəsi rəisinin bu cür yanaşması, insan düşüncəsinə yönəlik zoraklıqdır.

Digər tərəfdən, araz.az xəbər portalı olaraq bu yöndə apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsi daxil olmaqla, ölkəmizin digər 15 Regional Mədəniyyət İdarələrində bu cür "hoqqalar”a qol qoyulmur. O halda sual oluna bilər ki, əgər mövcud təlimatda belə bir addımların atılması qeyd olunmayıbsa, cənab Anar Kərimov tərəfindən də bu cür addımların atılması ilə bağlı heç bir tapşırıq verilməyibsə, bəs səbəb nədir ki, Əli Elbəy tərəfindən belə bir addımlar atılır?. Əslində bu cür əməllərə qərar verilməsi, Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən qurumlarda çalışan çoxsaylı ziyalıların dövlət-hakimiyyət orqanlarından narazı salınması deməkdir.

Düşünürük ki, hər kəs o halın varlığına tam şəkildə razı olar ki, istənilən idarədə, müəsssisədə, təşkilatda və s. işinə məsuliyyətsiz yanaşan, üzərinə düşən vəzifəsinin öhdəsindən lazımınca gəlməyi bacarmayan, nizam- intizam qaydalarını pozan və digər qanunsuzluq əməllərinə qol qoyan şəxsləri, rəhbərlik qanunun tələb etdiyi qaydada cəzalandırsın, yeri gəldikdə daşıdığı vəzifəsindən də uzaqlaşdırsın. Bəli, bu qanunun tələbidir və belə bir addımlar atılarsa, yəqin ki, hər kəs bunu ikiəlli alqışlayar. Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyindəki qurumlarda belə bir hallar yaşanmasa da, idarə rəisi Əli Elbəy isə, təəssüflər olsun ki, yalnız öz marağı çərçivəsində düşünüb-daşındığı addımlarını atmağa çalışır. Baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, Ağstafa Regional Mədəniyyət İdarəsinin gənc rəisi, rəhbərlik etdiyi sahədə mədəniyyətimizi inkişaf etdirməyə deyil, məhz mədəniyyətimizin məhvinə çalışmaqdadır. Bundan əlavə, adı çəkilən bu şəxs kütləvi narazılığın baş verməsinə səbəb olan addımlarını atmaqla bərabər, eyni zamanda cənab Nazirin bugünkü ictimai nüfuzuna kölgə salmaqla da məşğul olur. Düşünürük ki, Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimov, idarə rəisi Əli Elbəyin idarəçiliyinə və baş verənlərə diqqətlə diqqət yetirəcək, həmçinin məsələlərin araşdırılması yöndə tabeliyində olan şəxslərə müvafiq tapşırıqlarını da verəcək.

Araşdırmamız davam edəcək, mövzu diqqətimizdədir.

7News.Az

RƏYLƏR