Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov tələbələri müxtəlif nominasiyalar üzrə qiymətləndirərkən qeyri-adi addım atıb.
İcmal.Az xəbər verir ki, o, iki tələbəni – Famil Babayev və Abusupyan Adıyevə xüsusi mükafat verəcəyini deyərək onlara zəngli saat hədiyyə edib.
Həmin tələbələr BANM-nin dərslərə ən çox gecikən tələbələridir.
Rektor zəngli saatlarla tələbələrin bir də heç vaxt dərsə gecikməyəcəyinə inandığını bildirib.
İcmal.Az