Respublika Günü münasibəti ilə Qətərdəki soydaşlarımızla virtual görüş keçirilib

OXUNUB: 572 SOSİAL
Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov 28 May – Respublika Günü münasibəti ilə Qətərdə yaşayan soydaşlarımız ilə virtual görüş keçirib.

 Səfir R.İsmayılov Respublika günü münasibəti ilə videokonfransda iştirak edən həmvətənlərimizi salamlayaraq, onları səmimi qəlbdən təbrik edib, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, fəaliyyəti və nailiyyətlərindən danışıb, həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə olunmuş şanlı qələbədən söz açıb.

Daha sonra Qətərdə yaşayan soydaşlarımız 28 May – Respublika Günü münasibəti ilə ürək sözlərini və təbriklərini çatdırıblar.
 
 
 

RƏYLƏR