Respublika Narkoloji Mərkəzində yanğın lokallaşdırılıb, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB-2

OXUNUB: 1092 HADİSƏ

 Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın lokallaşdırılıb.

 Hava küləkli olduğundan alovu söndürmək çətinləşib. Bu səbəbdən, FHN-in digər rayonlar üzrə yanğın mühafizə xidmətlərinin briqadaları da hadisə yerinə cəlb edilib.

Yanğın zamanı 3 nəfər yaralanıb. Xəsarət alanlardan biri 1966-cı il təvəllüdlü Əliyev Mahirdir. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Əlavə məlumat veriləcək.


***08:00

Respublika Narkoloji Mərkəzinin binasında baş vermiş yanğın zamanı 1 nəfər ölüb.

Meyiti aşkar edilən şəxsin Mərkəzdə müalicə alan xəstələrdən biri olduğu və hazırda şəxsiyyətinin  məlum olmadığı bildirilir. Ölənlərin sayının artma ehtimalı var.

Azərbaycan Baş Prokurorluğunun yüksək vəzifəli şəxsləri hadisə yerinə cəlb olunublar.


07:16

 Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, eləcə də "təcili tibbi yardım" briqadaları cəlb olunub.

Yanğınsöndürmə işləri davam edir. Binada xəstələr var, hazırda onların təxliyyə prosesi gedir./report

 

İcmal.Az


RƏYLƏR