Respublika üzrə taxıl sahələrinin 13,2 faizində biçin yekunlaşıb

OXUNUB: 172 Özəl İQTİSADİYYAT
Respublikanın bölgələrində taxıl  biçini davam edir. Bugünədək sahələrdən 370541 ton arpa, 24237 ton buğda yığılıb. Arpa sahələrinin təxminən 33 faizində biçin başa çatıb, buğda sahələrində isə biçinə yeni start verilib. Arpa üzrə orta məhsuldarlıq 28,3 sentner təşkil edir. 
Biçin prosesinin ilk başladığı rayonlardan olan Sabirabadda payızlıq əkinlər dövründə 25975 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 13313 hektarı buğda, 12662 hektarı arpa sahələridir. Bugünədək Sabirabadda 7222 hektar sahədə biçin aparılıb, sahələrdən 28205 ton məhsul yığılıb. Hazırda rayonda taxıl üzrə orta məhsuldarlıq 39,1 sent/ha təşkil edir. Sabirabad üzrə arpa sahələrinin 60 faizində biçin yekunlaşıb. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün "Aqroservis” ASC tərəfindən Sabirabada digər bölgələrdən əlavə kombaynlar dislokasiya edilib. 
Hazırda rayonda gedən biçin prosesinə 78 kombayn cəlb olunub. Bunlardan 34 kombayn "Aqroservis” ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır, "Aqroservis” tərəfindən digər rayon bölmələrindən Sabirabada 5 əlavə kombayn dislokasiya edilib. Biçinə həmçinin fiziki və hüquqi şəxslərə məxsus 39 özəl kombayn da cəlb olunub. Rayonda biçin prosesinin optimal müddətdə başa çatacağı gözlənilir. 
Qeyd edək ki, hazırda respublikanın 42 rayonunda biçin davam edir. Bu günə qədər 130960 hektar sahədə, yaxud payızlıq əkin sahələrinin 13,2 faizində biçin başa çatıb. Sahələrin 44331 hektarı "Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib.
Biçin prosesi davam edir. 
Qeyd edək ki, bu il ölkə ərazisində 1 058 398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir.
 
 








 
 

RƏYLƏR