Rusiya neftinin qiymətinə dair proqnoz verildi

OXUNUB: 2098 İQTİSADİYYAT DÜNYA
Rusiya Energertika Nazirliyi bu ölkəyə məxsus "Urals” markalı neftin 2020-ci ildə orta hesabla 35 ABŞ dollarına satılacağını gözləyir.

Bu barədə ölkənin energetika naziri Aleksandr Novak bildirib.

Nazirin qənaətincə, neft bazarı böhrandan əvvəlki səviyyəyə, çox güman ki, iki-üç ilə qayıda bilər:

"Bunun 2021-ci ildə baş verməsinə ümidvarıq. Lakin, ola bilsin ki, bu məsələ iki və ya üç il çəksin. Çünki insanlar daha az təyyarəyə minəcək, daha az yola çıxacaq, səyahət edəcəklər”.

7News.Az

RƏYLƏR