Rusiya Xəzərdə hərbi təlim keçirib

OXUNUB: 596 DÜNYA

 Rusiya Xəzər Donanmasının dəniz piyadaları Dağıstan Muxtar Respublikasına desant çıxarılması təlimi keçiriblər.

Bunu Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.

Təlim Dağıstan ərazisindəki dəniz piyadalarının "Skorpion” təlim kompleksinin poliqonunda keçirilib.

V.Astafyevin sözlərinə görə, təlimdə 200-ə yaxın hərbçi, təxminən 20 döyüş və xüsusi texnika, eləcə də donanmanın suüstü gəmilərindən ibarət briqadasının heyətindən desantların "Serna” tipli 3 sürətli kateri iştirak edib. /report

 

İcmal.Az

RƏYLƏR