Rusiyada bəbir kişini parçalayaraq öldürüb

OXUNUB: 653 DÜNYA
Rusiyanın Moskva vilayətinin İstra rayonunda evdə bəbir kişini parçalayaraq öldürüb.

 Bu barədə "Moskva" agentliyi DİN-in Moskva vilayəti üzrə idarəsinə istinadən məlumat yayıb.

Hadisə "Obnovlennıy trud" kəndində baş verib. İlkin məlumatlara görə, bəbir ona yemək vermək üçün qəfəsə daxil olan özəl baxıcıya hücum edib.

Hüquq-mühafizə orqanları əməkdaşları faktla bağlı yoxlama aparır./big
 
 
İcmal.Az

RƏYLƏR