Rusiyada fenomenə çevirilən türk aktyor - Fotolar

OXUNUB: 1654 ŞOU-BİZNES

Türkiyəli aktyor Adnan Koçun rol aldığı "Doğu Batı” (Vostok-Zapad) serialı Rusiyada böyük səs-küyə səbəb olub. 

"Qafqazinfo” xəbər verir ki, ərəblərin sevimlisi Kivanç Tatlıtuğ olduğu kimi rusların da, ən sevimli aktyoru Adnan Koç olub.  Sosial şəbəkədə Koçu "Rusiyanın Kıvançı” kimi qələmə veriblər. 

O, Rusiya istehsalı olan və 30 milyon insan tərəfindən baxılan layihədə baş rolu canlandırır. Adnanın tərəf müqabili isə Evgeniya Lozadır.  Layihə rus gözəli Tatyananın türk həkim Kamala vurulması və onların imkansız sevgilərindən bəhs edir. 

Rejissoru Denis Yelonskinin olduğu ekran işi Rusiyadan başqa 5 ölkədə yayımlanır. 

İcmal.Az

 

 











RƏYLƏR