Dünya bazarında neftin qiyməti cari səviyyədən azalaraq 2018-ci ildə 55-60 dollar/barel diapazonunda dalğalanacaq.
İcmal.Az xəbər verir ki, bu barədə Report.az "RİA Novosti" agentliyinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, Rusiyanın energetika naziri Aleksandr Novak Boliviyanın Santa-Kruz şəhərində 6 ölkənin iştirakı ilə keçirilən qeyri-rəsmi sammitdə 2017 və 2018-ci il üçün qiymət diapazonunu proqnozlaşdırdıqlarını deyib: "Dəqiq qiymət demək çətindir, lakin diapazonu proqnozlaşdırmaq olur".
"Oxford Economics" araşdırma şirkətinin proqnozlarına görə, 2018-ci ildə "Brent" markalı neftin orta qiyməti 55 dollara qədər azalacaq. Bu, hasilatın və ehtiyatların artması ilə əlaqədardır.
İcmal.Az