Ruslar Əsgəranda daha bir şəhərcik saldılar

OXUNUB: 406 SOSİAL
Əsgəranda Rusiya Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən 60 yerlik blok-modul şəhərciyi salınıb.

Bu barədə erməni mətbuatı yazıb. Bildirilib ki, bu, sülhməramlı kontingentin hərbi heyəti üçün inşa edilən doqquzuncu şəhərcikdir.

Onun tikintisi işçilər üçün rahat yaşayış şəraiti yaratmağa imkan verir.

Bildirək ki, hər şəhərciyin ərazisində süni örtüklü idman salonu, hamam, tibb mərkəzi, qurutma maşını, paltar təmizləyən otaq, istirahət otağı, ofis, anbar otağı, yeməkxana və baqqal dükanı var.

RƏYLƏR